19 C
Bakı
01 Oktyabr 2026 11:06
Cəmiyyət

Onlar hər ay vəzifə maaşına əlavə alacaqlar

 

Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Prezidentin imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Bu gün çox ağrıdım, Əvəz…

redaktor