19 C
Bakı
26 Sentyabr 2025 20:37
İqtisadiyyat

“Qazprom”un ixracı əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.

 

Rusiyanın “Qazprom” şirkətinin ixracı 2022-ci ildə demək olar ki, iki dəfə azalaraq 21-ci əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropaya qaz axını xeyli azalıb.

Bu il Rusiya keçmiş Sovet İttifaqından kənar ölkələrə 100,9 milyard kubmetr yanacaq göndərib. Bu, 2021-ci illə müqayisədə 46% azdır.

Aİ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən bir neçə aydır ki, şirkətin tədarükü xeyli azalıb. Bu ilin əvvəlində bir sıra Avropa ölkələri tədarük haqqını rublla ödəməkdən imtina etdiyi üçün Rusiya qazının həmin ölkələrə çatdırılması tamamilə kəsilib.

Bundan əlavə, Rusiya qazını təmin edən demək olar ki, bütün əsas boru kəmərlərində hər hansı şəkildə problemlər yaranıb.

İndi Rusiya qazı Avropaya yalnız Rusiya ilə Ukrayna arasında transsərhəd keçid məntəqələrindən biri və Türkiyə ərazisindən Macarıstan və Serbiyaya gedən “Türk axını” qaz kəmərinin bir xətti ilə verilir.

Əvəzində “Qazprom” tədricən Çinə tədarükləri artırır.

Tacxeber.com

Oxşar xəbərlər

Real TV-nin sahibi olan iş adamına məxsus şirkət bağlanır

admin

ABŞ-də keçirilən prezident seçkiləri tarixin ən bahalısı oldu

admin

“Qaz ölkəsində odun, təzək yandırırıq”

admin