26 C
Bakı
13 Avqust 2025 00:07
Gündəm

Röyadan Talıbovlarla bağlı AÇIQLAMA

 

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər yayılıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli  saray 20 sot torpaqda inşa olunub.

Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir.

Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.

Modern.az saytı iddialara münasibət öyrənmək üçün Əməkdar artist Röya Ayxanla əlaqə saxlamağa çalışıb.

Müğənninin özü ilə danışa bilməsək də, prodüseri telefona cavab verib.

Röya Ayxanın prodüseri Kənan Bayramov Modern.az-a açıqlamasında deyib ki, yayılan xəbərlər şayiədir və həqiqəti əks etdimir:

“Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz bu cür məlumatlara hələ də necə inanırsız?”.

Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail on minlərlə ehtiyatda olan əsgəri orduya çağırdığını açıqlayıb

admin

Azərbaycanın bu institutunun 70-ə yaxın əməkdaşı işləmək üçün xaricə gedib

admin

“Onu ABŞ-dan gətirmək bu qədərmi çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?

redaktor