Dünya

İranda Britaniya kəşfiyyatına işləyən 7 nəfər saxlanıldı

İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində yerləşən Kirman əyalətində Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin bəyanatına istinadən ISNA məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar fəaliyyətini Britaniya kəşfiyyatçılarının təşkil etdiyi qruplaşma üzvlərini saxlayıb. Bu qrupa daxil olan bir neçə nəfərin ikili vətəndaşlığı olub. Onlar yaxın gələcəkdə İranı tərk etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar.

Saxlanılanlar son qarşıdurmalar zamanı “təxribatda və sui-qəsddə iştirakda” ittiham olunurlar.

Tacxeber.com

Oxşar xəbərlər

Əhalinin 80 faizi Xersonu tərk etdi

redaktor

Gələn il maaşlardan gəlir vergisi tutulacaq – EKSPERT

redaktor

İran nüvə proqramından əl çəkməyəcək – Pezeşkian

redaktor