11 C
Bakı
29 Mart 2026 12:12
Dünya

İŞİD-in tərkibində döyüşən azərbaycanlı ilə bağlı qərar çıxarıldı

İŞİD-in tərkibində döyüşən azərbaycanlı ilə bağlı qərar çıxarıldı

 

Ali Məhkəmədə İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramin Xanmuradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Tacxeber.comxəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, Ramin Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskidən Makrona: “Konfransdayam, 15-20 dəqiqədən sonra zəng edəcəm” – ANBAAN VİDEO

redaktor

Hicaba qadağa qoyan qanunu imzaladı

redaktor

Mutasiyaya uğramış koronavirusun yeni variantı yayıldı – XƏBƏRDARLIQ

admin