İdman

Klopp Almaniya millisini çalışdıracaq?

 

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmayacaq.

Tacxeber xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin agenti Mark Kosike məlumat verib. O, Kloppun adının Almaniya millisi ilə hallanması ilə bağlı deyib: “Bu, sadəcə mediada müzakirədir. Yurgenin “Liverpul”la 2026-cı ilə qədər müqaviləsi var və o, klubda qalmaq niyyətindədir”.

Xatırladaq ki, Almaniya millisi DÇ-2022-də qrup mərhələsini adlaya bilməyib və ardıcıl ikinci dəfə qrupda qalıb. Komandanı Hans Diter Flik çalışdırır. (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanova “tikilən torba”.

admin

Ronaldu Messinin rekordunu təkrarladı

redaktor

Futbol dünyası şokda: Bu klub Messinin adı yazılmış formaların satışına başladı – Foto

redaktor