25.3 C
Bakı
13 İyun 2026 11:28
Hadisə

Qriqoriyanı həbs etdirən tanınmış müstəntiq vəfat edib

1988-ci ildə ermənilərin Sumqayıtda təşkil etdiyi qırğını araşdıran SSRİ Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi III dərəcəli dövlət ədliyyə müşaviri Vladimir Kaliniçenko vəfat edib.

Tacxeber.com xəbər verir ki, tanınmış müstəntiq ömrünün 75-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Kaliniçenko 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdən dərhal sonra SSRİ Baş Prokurorluğu tərəfindən Azərbaycana göndərilib.
Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi vəzifəsində Kaliniçenko Sumqayıt işini araşdırıb.

Sumqayıt hadisələrinin iştirakçısı və təşkilatçılarından biri olan erməni Eduard Qriqoriyanın həbs edilməsi haqqında qətnaməni məhz Vladimir Kaliniçenko çıxarıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Titrəməyə başladım, get-gedə nəfəs almağım çətinləşirdi” – Yüzbəyova

redaktor

Ermənilər Naxçıvanı atəşə tutdu

redaktor

Təyyarədə qəribə hadisə: Yoxa çıxan stüard çılpaq halda tapıldı

redaktor