22 C
Bakı
30 Sentyabr 2026 08:06
Dünya

Rusiyada ölümcül siçan qızdırması yayıldı

Rusiyada ölümcül siçan qızdırması yayıldı

Başqırdıstanın Serafimova qəsəbəsində insanlar arasında bu vaxta qədər rast gəlinməyən siçan qızdırması aşkarlanıb.

Tacxeber.com xəbər verir ki, yerli federal xidmətin məlumatına görə, noyabrın əvvəlindən arasında uşaqın da olduğu 14 nəfərə ilkin diaqnoz qoyulub.

Böyrək sindromlu hemorragik qızdırma alovlanması artıq 31 nəfərdə aşkarlanıb.

“Hazırda epidemioloji araşdırma aparılır, Başqırdıstan hökuməti tərəfindən epidemiya əleyhinə tədbirlər görülür, məktəblər, təhsil müəssisələrində nəzarət gücləndirilib. Yoluxanlar ailəlikcə təcrid olunub”, – deyə bildirilir.

Xəstəlik kəskin virus mənşəlidir, böyrəkləri zədələyir və qanaxma meyillidir.

İnkubasiya dövrü 45 günə kimi çəkə bilir. İlk əlamətləri kəskin qızdırma, ürəkbulanma, qusma, titrətmə, yuxu pozulması, tormozlanmadır. Ölüm faizi yüksəkdir.

Tacxeber.com

Oxşar xəbərlər

Putindən əcaib fərman: Dataları gizlədin

redaktor

Rusiyanın növbəti Tu-95 strateji bombardmançı təyyarəsi qəzaya düşüb

admin

Ukrayna cəbhəsi barədə…

redaktor