12 C
Bakı
28 Mart 2026 16:38
Cəmiyyət

82 yaşlı Xalq artisti idman zalında belə görüntüləndi – Foto

Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində məşq edir.

Tacxeber.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Azər Rza adlı istifadəçi məlumat yayıb.

O bildirib ki, zalda məşq edərkən 82 yaşlı sənətçini görüb. Yaşını öyrənəndə təəccübləndiyini bildirən istifadəçi qeyd edib ki, onun bu yaşda həvəsi və forması qaydasındadır.

Məlumat üçün bildirək ki, Niyaməddin Musayev dəfələrlə efirlərdə idmanla məşğul olduğunu açıqlayıb. O, hər axşam Dənizkənarı Milli Parkda gəzərək formasını saxladığını bildirir. 82 yaşlı Xalq artisti hətta efirlərdən birində yoqa hərəkətləri etməsi ilə diqqət çəkmişdi.

Oxşar xəbərlər

Keçmiş hərbi pilot: “Hadisə zamanı hündürlük məsələsini nəzərə almaq lazımdır”

admin

Mərdan Əliyev vəzifəsindən azad edildi

redaktor

Hikmət Babaoğlunun yanlış iddiası: Dünya əhalisinin 60 faizindən çoxu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində yaşayır

admin