17 C
Bakı
28 Sentyabr 2025 03:22
GündəmSiyasət

Şok gerçək ortaya çıxdı: Putinin görüşdüyü əsgər anaları əslində dövlət məmurları imiş

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Novo-Oqaryovodakı iqamətgahında səfərbər olunanların anaları ilə görüşüb.

Tacxeber.comxarici agentliklərə istinadən xəbər verir ki, Putinin 6 dəqiqəlik giriş nitqindən sonra canlı yayım başa çatıb və bundan sonra jurnalistlər zaldan çıxarılıb. Prezidentin iclasına “Əsgər anaları komitəsi”, “Hərbi qulluqçuların ana və xanımları birliyi” kimi nüfuzlu ictimai təşkilatlar dəvət edilməyib. Lakin maraqlısı Putinin görüşündə iştirak edənlərin bəzilərinin heç də əsgər anası deyil, dövlət məmuru olmasının ortaya çıxmasıdır.

“Mojem obyasnit” Telegram kanalı iclasın bəzi iştirakçıların kimliyini müəyyənləşdirib. Kanalın məlumatına görə, onların arasında hakim Vahid Rusiya partiyasından Dövlət Dumasının deputatı Olqa Beltseva, hökumətyönlü Ümumrusiya Xalq Cəbhəsi Moskva vilayətinin İcraiyyə Komitəsinin rəhbəri Yuliya Belexova, İctimai Palata üzvü Marina Miqunova, Kaa-Xem rayon administrasiyasının ailə və gənclərlə iş və idman şöbəsinin müdiri İrina Tas-ool və pravoslav vətənpərvərlik filmlərini çəkən rejissor Olesya Şiginaya rast gəlinib.

Kanal görüşə buraxılanlar arasında Ukraynada hərbi əməliyyatlarda iştirak edənlərin qohumlarının olub-olmadığını dəqiqləşdirmədiyini bildirib. \\Musavat.com

Tacxeber.com

Oxşar xəbərlər

Putinin müttəfiqinin övladlığa götürdüyü uşaq görün kim imiş

redaktor

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

admin

“Evlilik təklif etdim, o da…” – Elmar Məmmədyarov – VİDEO

redaktor