19 C
Bakı
26 Sentyabr 2025 21:18
Hadisə

Özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın etdilər

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

redaktor

28 yaşlı qız heç nə etmədən ayda 20 min dollar qazanır – FOTOLAR

admin

Yeni trend faciəyə səbəb oldu – Şagirdlər müəllimi yandırdılar – VİDEO

redaktor