11 C
Bakı
30 Mart 2026 03:39
Hadisə

Cəbrayılda sərhədçilər qəzaya düşüb, ölən və xəsarət alanlar var

Cəbrayılda sərhədçilər qəzaya düşüb, ölən və xəsarət alanlar var

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə məlumat DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus “UAZ” markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL təyyarəsinin yerə çırpıldığı an – Video

redaktor

Böyük Britaniya Rusiya neftini satan azərbaycanlıların şirkətinə sanksiya qoyub

admin

Məzhəblərarası toqquşmalarda ölənlərin sayı artdı

admin