Dünya

Sunak ELAN ETDİ: Ukraynaya bu silahlar veriləcək

“Böyük Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək”.

Tacxeber.com “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra tviterdə bildirib.

Tviterdə Sunakın Kiyevdəki Mariinski sarayına gəlişini əks etdirən videoda deyilir: “Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik”.

Baş nazir deyib ki, Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün 125 zenit silahı və xüsusi avadanlıq verəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Fransada siyasi QALMAQAL. Məxfi məlumatlar Le Penin partiyasına ötürülüb

admin

Süni intellektlə köçürmə qalmaqalı naziri istefaya apardı

admin

Britaniya sağçıları Trampdan üz döndərir

redaktor