22.6 C
Bakı
29 İyun 2026 09:00
Gündəm

Xankəndiyə qaz kəməri çəkiləcək

2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Tacxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

redaktor

Ermənistanın “əcəl zəngi” çalınır…

redaktor

Ukrayna ordusu daha 7 kəndi azad etdi

redaktor