Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi – FOTO

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Tacxeber.com xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşının Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kassasının qarşısında lentə aldığı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

“Qafqazinfo”nun əməkdaşı dəqiqləşdirib ki, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağının burxulması ilə əlaqədardır.

Tacxeber.com

Oxşar xəbərlər

Təqsirləndirilən jurnalistlərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur

redaktor

“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA

redaktor

Rövşən Rüstəmov savadsız mətbuat katibini işdən qovdu – Natavan Bayramovaya verilən ev əlindən alınacaqmı?

admin