24 C
Bakı
12 Avqust 2025 00:12
GündəmKriminalSiyasət

İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro ödəyib – FOTO

İranın “Black Rewards” haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişlərilə bağlı məlumatların yer aldığı daxili sənədlərini yayıb.

Bu barədə “AZfront” “Telegram” kanalı məlumat yayıb.

Bunlar adıçəkilən qurumun rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır.

Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var. O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40 000 avro köçürülüb.

2022-ci ilin aprelində Moskvaya 40 000 avroluq transfer də diqqət çəkir.

Köçürmələr İranın dövlət bankından həyata keçirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb – ŞOK VİDEO

redaktor

Krım körpüsünün ömrünə çox az qalıb: “Onun məhvi üçün silahımız var…”- Hərbi ekspert

admin

Həbsxanadan qaçan Qvineyanın keçmiş prezidenti tapılıb.

admin