Hadisə

Sərnişinin zarafatı təyyarəni göydən endirdi

Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yolları təyyarəsində sərnişinin zarafatı böyük çaxnaşmaya səbəb olub.

Tacxeber.com “Haber Global”a istinadən xəbər verir ki, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli “Boeing B737-900” tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri “Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq”, –  deyə zarafat edib.

Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi ilə əlaqə saxlayıb və təcili eniş tələb edib.

Təyyarə heç bir problem olmadan hava limanına enib. Polis göyərtədə axtarış aparıb və heç bir təhlükəli vasitə aşkar etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan I qrup əlil Famil Xəlilov aclıq aksiyasına başladığını bəyan edib

admin

BMT sülhməramlılarının helikopteri Sudanda ATƏŞƏ TUTULDU – Ölənlər var

redaktor

Uşaq ət kimi idi, Mehman “heç nə olmayıb” deyirdi – 7 yaşlı Fəridin anası

redaktor