DünyaİdmanŞou

Noyerin şəxsi həyatı gündəmdə: həyat yoldaşının paylaşımı xəyanət iddialarını gücləndirib

“Bavariya”nın qapıçısı Manuel Noyerin həyat yoldaşı Anika Noyerdən ayrıldığı və başqa qadınla münasibət yaşadığı barədə xəbərlər Almaniya mətbuatında müzakirə olunur.

Tacxeber.com xəbər verir ki, “Bild”in məlumatına görə, futbolçu Braziliyada zədədən sonra bərpa prosesi keçərkən 23 yaşlı fizioterapevti ilə görüntülənib. Nəşr onların münasibətinin peşəkar əməkdaşlıqdan kənara çıxdığını iddia edir.

Bu xəbərlər fonunda Anika Noyer sosial şəbəkədə hamilə qadına xəyanəti pisləyən paylaşımı yenidən yayımlayıb. Lakin həmin paylaşımda futbolçunun adı çəkilməyib və ona birbaşa ittiham irəli sürülməyib.

Almaniya mediası cütlüyün ikinci övladlarının doğulmasından bir neçə həftə sonra ayrıldığını yazır. Manuel və Anika Noyer 2023-cü ilin noyabrında evləniblər.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

81 dəqiqəlik oğurluq, 36 illik axtarış: muzeydə çərçivələr hələ də boşdur

admin

Turistləri kokosla qarşıladı, sonra saxlanıldı: “Rus Tarzan”ın hekayəsi müzakirə yaratdı

admin

Sürücüsüz taksilərə yumurta hücumu: 30 hadisədə eyni şəxsdən şübhələnirlər

admin