Aynur Elgünəşin əməliyyatı dünən olub və ağır əməliyyat keçirib. İndi də bizə deyirlər ki, Kürdəxanıya qaytarılacaq. Halbuki əməliyyatdan sonra bir müddət həkim nəzarətində qalmalı, xüsusi qulluğa ehtiyacı olduğu üçün tibb bacılarının xidməti təmin edilməli, bədənində yaranın şişlərin, dərisindəki qançırların mənşəyi öyrənilməli idi.
Fiziki məhdudiyyətli, 20 dəfə əməliyyat olunmuş, təzyiq xəstəsi olan şəxsin bir gün içində yenidən Kürdəxanıya qaytarmağın mənası nədir? Həkim müayinəsindən məhrum etməyin adı nədir?
Onsuz da Hospitalda kifayət qədər PX əməkdaşları yerləşdirilib və tam nəzarətdədir. Əməliyyata girən adamla bacısının görüşməsinə, əməliyyatdan sonra heç olmasa, online görüşməsinə icazə verilmədi. Bütün əməliyyat və saxlanma şəraiti tam məxfi saxlanıldı.
Aynurun bir müddət tam həkim nəzarətinə ehtiyacı var.
