Daxili İşlər Nazirliyi Əməkdaşları Günü münasibətilə təbrikində Putin polisin internetdə işinin gücləndirilməsini tələb edib. O, narkotiklərlə və kibercinayətlərlə mübarizəni qeyd edərək bunu guya vətəndaşların özlərinin gözlədiyini bəyan edib. Bununla yanaşı, Putin güc strukturlarına son illərdə onların səlahiyyətlərinin genişləndiyini xatırladıb. ⠀ “OVD-İnfo”nun hesablamalarına görə, müharibə başlayandan bəri Rusiya güc strukturları “ekstremizm”lə bağlı 2388 və “müharibə əleyhinə” 1403 iş açıb. Bunlara internetdə “ordu haqqında feyk” kimi tanınan fikirlərə görə açılan işlər də daxildir. Daha 253 iş “xarici agentlərə” qarşı qaldırılıb. ⠀ Yaydan bəri Rusiyada internetdə “ekstremist” kimi tanınan materialları axtarmağa görə 3–5 min rubl cərimə tətbiq edilir, VPN-dən istifadə isə ağırlaşdırıcı hal sayılır. Gələn il senzura qanunvericiliyi yenidən sərtləşdirilə, şəbəkədəki şərhlər isə “ağır” cinayətlərə bərabər tutula bilər.