Rus şair Fyodor Tyutçevin bu şeirini çoxları bilir.
Eyni sözləri Azərbaycan futbolu haqda da demək olar.
Bu tur “Araz Naxçıvan” və “Qəbələ” biabırçı məğlubiyyətlər aldı.
Naxçıvan təmsilçisi Cavid Hüseynovu tələm-tələsik göndərdi. Sanki çempionluğa iddialı komandadı və yerli məşqçi bu iddialara cavab vermir.
“Qəbələ” Asif Məmmədova heç olmasa 3-5 oyun şans vermədi…
Əcnəbi məşqçiyə güvənən və yaxşı imkanı olan “Sumqayıt”ın qələbə həsrəti yalnız 7-ci turda bitdi.
Mən bu komandaların əcnəbi məşqçilərə nə qədər maaş verdiyini bilmirəm.
Amma son illərdə Azərbaycan çempionatında qızıl medal qazanmış 3 məşqçidən biri Samir Abbasov, məhdud imkanlarla həmin “Araz Naxçıvan”ı avrokuboklara çıxarıb orda da sensasiyaya imza atan Elmar Baxşıyev kimi məşqçilərimizin maddi istəklərinin çox olduğuna görə işsiz qaldıqlarını düşünmürəm.
Həmin Cavid Hüseynov gənc və perspektivli məşqçilərimizdəndir. Ona şans verilsə, böyük məşqçi olacaq potensialı var.
Elvin Məmmədov “Səbail”dəki işi ilə yaxşı məşqçi olacağına ümid verirdi.
Siyahını xeyli uzada bilərəm.
Amma bizim klublar nədənsə istər futbolçu, istərsə də məşqçi seçimində daha çox legionerlərə üstünlük verir.
Onların da əksəriyyəti yerlilərdən yalnız daha artıq maaşları və qazancları ilə fərqlənir…
