Kürdüstan adı ilə bu, şəkil-xəritəyə rast gəldim. İlk əvvəl təəccüb qaldım, bu hansı ölkədir belə? Sonra baxdım ki, qonşu ölkələrin ərazilərindən kəsib, kürd milli dövləti olması fərziyyəsidir bu. Nə fikir söyləmək olar bu fərziyyə xəritə haqda?
Təbii ki, hər bir millətin, xalqın öz ölkə, dövlətini qurmaq istəyi, arzu, niyyəti ola bilər. Ancaq, hər insan fərqli olduğu kimi, hər millət də fərqli ola bilir. Elə kiçik millət olur ki, dövlət qurma meylli olur, qurmasa başqa dövlət içindəki yaşamı çox çətin olur, məsələn, 4 milyonluq gürcü xalqı. Ya türklər yüz yerə parçalanır, amma fürsət düşən kimi öz dövlətlərini qurur. Elə böyük millətlər də var, onun üçün çox da fərq etmir dövləti olmaq, başqa dövlətdə də çox yaxşıca yaşamını qurur, o dövlətlərdə də inteqrasiya və həm inkişaf edir.
Kürdlər 30-40 milyonluq böyük, minlərlə də illik tarixli qədim, öz milli, mədəni xüsusiyyətləri də olan millətdir. Belə çox sayda və qədim tarixdə bu xalq indiyəcən dövlətni qurmayıbsa, demək ki, elə də ehtiyacı olmayıb. Bu xalq (elə, indi də görünür) elə bir bacarıq qabiliyyətə malikdir ki, istənilən dövlət, ya imperiya tərkibində, uyğun yerləşib, dil tapıb, inteqrasiya edib, yaşayışını, inkişafını o yerli xalqlarınkından heç də aşağı olmadan qura bilirlər. Siyasi, ictimai postlarda ticarətdə, xüsusən hüquq-mühafizə orqanları işinə çox həvəsli olub, yüksək yerlər tutmaqla.
Bu saat, mən yaşadığım Almaniyada da, onlar çox rahat, bir-birini dəstəkli və dövlətlə də çox yaxşı münasibət qurmaqla yaşayışını qurublar. Tanışlarım çoxdur burada. Vaxilə də çalışdığım bizim Azərbaycanda, hüquq-mühafizə sistemi üzrə, əsas da prokurorluq və polis orqanlarında ən yuxarıdan tutmuş aşağı vəzifələrəcən, xeyli vəzifələrdə onlar yer tuturdu. Nə qədər tanış və dostlarım vardı içlərində. Elə, bu gün də dövlət vəzifələri, biznes sahəsində də, xeyli irəlidirlər!
Ermənistanda, Gürcüstanda da onlar irəlidə idi. Bu gün Türkiyədə, İraqda və s, Yaxın Şərqdə də yaxşıca yerlər tutur, yaşayırlar. Bu bir bacarıqdı, yaşadığı dövlətin mühiti, rəhbərliyi, siyasətinə uyğun adaptasiya olunmaq, hər millətdə olmur bu. Belə halda, dövlət qurmağa, sonrada həmin dövlətin məsuliyyətini çəkməyə nə ehtiyacdır?!Bu cür xəritə siyasət quranlar, bekar təbəqəsidi.
