27 C
Bakı
29 Sentyabr 2026 12:52
DünyaHadisəTarix

Amma Stalin yəhudilərin qəbulundan imtina etdi ……

28 sentyabr 1939 – Polşanı işğal edərək aralarında bölüşdürən bolşevik Rusiyası və nasist Almaniyası arasında “Dostluq və sərhədlər haqqında” müqavilə imzalandı.

Müqavilə əvvəllər həmsərhəd olmayan bu iki dövlət arasında sərhədləri müəyyən edirdi. Polşanın işğalı zamanı almanlar bir ay əvvəl imzalanan “Hücum etməmək haqqında” müqavilənin gizli protokolunda nəzərdə tutulandan daha çox ərazi tutmuşdular. Buna kompensasiya olaraq həmin müqavilədə Almaniyanın nüfuz dairəsi sayılan Litva respublikası digər iki Baltikyanı respublika kimi SSRİ-nin nüfuz dairəsinə aid edildi.

Müqaviləyə əsasən, sovetin işğal etdiyi Polşa ərazisindəki alman kökənli əhalinin Almaniya işğal zonasına köçməsinə icazə veriləcəkdi. Almanların nəzarətinə keçən ərazilərdəki rus, ukraynalı, belarus və rusin kökənli əhali isə SSRİ-yə köçə biləcəkdilər.

SSRİ-nin Polşanın şərqini işğal etməsinə sevinən yeganə əhali qrupu bəlkə də Polşa yəhudiləri idi. Çünki bu onlara alman işğalından sovet işğal zonasına sığınmaq imkanı verirdi. Amma Stalin yəhudilərin qəbulundan imtina etdi, onlar alman zonasına qaytarıldılar və böyük əksəriyyəti müharibədən sağ çıxmadı.

Sovet tarixşünaslığı, elə indi bir çox Rusiya tarixçiləri, eləcə də sovetpərəst sosial şəbəkə istifadəçiləri (azərbaycanlılar da daxil) Polşanın bölüşdürülməsini və sovet sərhədinin 200 km qərbə sürüşdürülməsini ölkənin müdafiəsini gücləndirən hal kimi müdafiə edirlər. Halbuki bu hadisələrə qədər Almaniya SSRİ ilə həmsərhəd deyildi. Polşanın bölüşdürülməsi, eləcə də 1940-cı ilin avqustunda üç Baltikyanı respublikanın SSRİ tərəfindən ilhaqı bu iki dövləti həmsərhəd etdi və Almaniyanın SSRİ-yə hücumunu asanlaşdırdı.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fransalı kəndirbaz Filipp Peti

admin

İran əsas kozırını itirir

redaktor

Mərkəzi Asiya dövlətlərində hicab və uzun saqqal qadağası

redaktor