Tarix

Bakının qurtuluşundan 108 il keçir

Bundan tam 108 il əvvəl – 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli qüvvələri Bakını daşnak-bolşevik, ingilis işğalından və qanlı təhlükələrdən azad etdi.

Bu gün sadəcə hərbi qələbə deyildi, yenicə qurulan milli dövlətimizin paytaxtına sahib çıxmasının və varoluş mübarizəsinin təntənəsi idi. Nuru Paşanın komandanlığı ilə qardaş Türkiyədən köməyə gələn əsgərlər və Azərbaycan könüllüləri çiyin-çiyinə verərək bu torpaqda əsl qardaşlıq və fədakarlıq dastanı yazdılar.
Qürurla yazıram ki, mənim babalarımdan biri – Əli Hacı Əhmədqulu oğlu Qafqaz İslam Ordusunun əsgəri kimi Bakıya qədər şərfli döyüş yolu keçib və şəhid olub.

Azərbaycanın müstəqilliyi və Bakının azadlığı uğrunda canından keçən Qafqaz İslam Ordusunun əsgərlərini, Cümhuriyyət fədailərini və bütün şəhidlərimizi dərin minnət və qürurla yad edirik.
Tarix sübut edir ki, iradə, birlik və qarşılıqlı dəstək olan yerdə hər cür çətinliyin sinəsinə gəlmək mümkündür.

Bakının Qurtuluş Günü mübarək olsun, Azərbaycan!

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə aviasiyasının qurucusu Vecihi Hürquşü ruslardan xilas edən İsmayıl bəy Səfərəliyev

redaktor

Hitlerin saxta gündəliklərini hazırlayıb “Stern” jurnalına satan Konrad Kuyau

admin

Cadu yoxsa terrora hazırlıq?

redaktor