25 C
Bakı
10 Sentyabr 2026 18:00
Tarix

Zivər bəy Əhmədbəyovun son savaşı: memarın intihara aparan faciəsi

“Millətin gələcəyini və mədəniyyətini rusun ruhsuz kərpicində görmürəm. Biz öz milli memarlığımızla binalar ucaltmalıyıq”

Zivər bəy Əhmədbəyov 1873-cü il Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

O yalnız ilk azərbaycanlı baş memar deyil, həm də ilk ali təhsilli azərbaycanlı memar olub və Avropa ənənələri əsasında təhsil alıb. Onun gördüyü işlər barədə internetdə və mediada kifayət qədər yazılar var. Mən bu böyük şəxsiyyəti intihara aparan səbəblər barədə yazmaq istəyirəm.

Onun barəsində bir fakt yazacam ki, Zivər bəyin necə bir şəxsiyyət olmasını görə biləsiniz. O,  xeyriyyəçilərin tikdirdiyi məscidlər, xəstəxanalar və məktəblər layihələndirərkən qətiyyən pul almırdı. O deyirdi:

“Millətimin savadlanması və ibadəti üçün tikilən binadan qazanc götürmək mənə haramdır”.

Cümhuriyyət dövründə milli hökumətlə sıx əməkdaşlıq etdiyi üçün Sovet rejimi ona şübhə ilə yanaşırdı. O, dəfələrlə bolşeviklər tərəfindən saxlanılaraq ağır və fasiləsiz istintaqlara məruz qalmışdı. Müstəntiqlər ondan Cümhuriyyət liderləri ilə əlaqələri, həmçinin xaricə mühacirət edən ziyalılarla gizli yazışmaları barədə etiraflar tələb edirdilər.

O, işindən uzaqlaşdırılmışdı. Təzəpir məscidi, Göy məscid və s. layihələrin müəllifii olan  böyük bir sənətkarın tamamilə işsiz və gəlirsiz qoyulması ona ağır mənəvi zərbə vurmuşdu. Eyni zamanda gənc yaşlarından müxtəlif ölkələrindən gətirdiyi nadir kitablar, qədim xalçalar, unikal rəsmlər və tarixi əşyalardan ibarət zəngin bir kolleksiyası bolşeviklərin nəzarətində idi. Ona görə də gizlincə onların bir hissəsini yanında işləmiş fəhlənin adına keşirdi ki, rus və ermənilər onu əllərinə keçirə bilməsinlər.

Ona məlumat vermiş idilər ki, gəlib onların hamısını aparacaqlar. Buna görə də Zivər bəy heç yerdə nümayiş etdirmədiyi unikal şəhərsalma layihələrini, eskizlərini və çertyojlarını öz əlləri ilə yandırmışdı.

1925-ci ilə doğru bolşevik-sovet repressiyası  artıq Cümhuriyyət dövrünün bütün ziyalılarını hədəfə almışdı.  Belə gərgin və təhlükəli zamanda Zivər bəyin qarşısında iki yol var id, ya mühacirət edib xaricə qaçmalı, ya da vətəndə qalıb həbs olunacağı günü gözləməli idi.

O, qürbətdə yaşamağı özünə sığışdırmadı. Vətənini tərk etmək istəməyən dahi memar sovet həbsxanalarında, NKVD zirzəmilərində alçaldılmaqdansa, öz şərəfli ölümünü seçdi.

52 yaşlı memar Çəmbərəkənddəki evində özünü güllələyərək (bəzi arxiv sənədlərinə görə damarlarını kəsərək) həyatına son qoydu. Onun bu addımı sovet rejiminə, şəhərdə baş alıb gedən erməni-bolşevik özbaşınalığına qarşı səssiz etirazı idi.

Zivər bəy intihar etməzdən əvvəl demişdi (yazmışdı)

“Nə qədər ki Bakıda Bağdasarovlar və Roxlinlər var, bu millətə xoş gün yoxdur”.

1925-ci ildə o, intihar edərkən sovet mətbuatı və rəsmi orqanlar onun ölüm səbəbini xəstəlik kimi qələmə verməyə çalışdılar. Ailəsinə qarşı təyziqlər edilirdi ki, intihar barədə bir kəlmə də söz deməsinlər. Uzun illər hər kəs elə bilirdi ki, Zivər bəy xəstəlikdən ölüb.  Zivər bəyin cənazəsi çox məhdud sayda insanın və ailəsinin iştirakı ilə, faktiki olaraq gizli polisin nəzarəti altında sakitcə torpağa tapşırıldı.

Onun dəfn olunduğu köhnə Çəmbərəkənd qəbiristanlığı sonradan sovetlər tərəfindən sökülüb parka çevrildiyi üçün böyük memarın dəqiq məzar yeri bu günə qədər naməlum olaraq qalır.

1925-ci ilin mayında Məhəmməd Əmin Rəsulzadə sovetlərə müraciət edərək yazırdı:

“Sevinin ki, daha bir müsəlman ziyalı sıradan çıxdı…”

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Cəfər Cabbarlının heykəlinin arxasındakı 23 illik mübarizə: daşda gizlədilən azadlıq mesajı

redaktor

Qafqazda dəhşətli Çərkəz soyqırımı

redaktor

Cümhuriyyət qurucuları niyə Bayraqda yaşıl rəngi seçdilər ?

redaktor