29 C
Bakı
21 Avqust 2026 11:51
DünyaSiyasət

İrandan sonra “ikinci İran” olmaq avantürası

Prezident Donald Tramp İranın iqtisadi əlaqələrini tamamilə kəsmək üçün elan etdiyi tədbirləri “iqtisadi D günü” adlandırıb. “D günü” İkinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı ikinci cəbhənin açıldığı, 6 iyun 1944-cü ildə müttəfiq qoşunların Normandiyaya çıxdığı günü ehtiva edir. Bütövlükdə isə “D günü” ilə hansısa məxfi əməliyyatın başladığının işarəsi olaraq qəbul edilir.

Trampın vəd etdiyi “iqtisadi D günü”n nədən ibarət olacağını, əhatə miqyasını yaxın günlərdə görəcəyik. Hələlik isə İran Mərkəzi Bankının sədri Abdulnasır Himmeti ölkəsinin neft ixracatının tamamilə durduğunu açıqlayıb. Birləşmiş Ərəb Əmirliyi İrandan atılan iki raketdən sonra Tehranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Əbu-Dabinin bu qərarı ona görə önəmlidir ki, Birləşmiş Ərəb Əmirliyi İranın ən böyük ticarət tərəfdaşlarından biridir. Rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 30 milyard, qeyri rəsmi məlumatlara görə 40-50 milyard dollar təşkil edir. Əbu-Dabinin İranla bütün ticarəti dayandırmaq qərarı İslam Respublikasının iqtisadiyyatın çöküşünə ciddi təsir etmək gücündədir. Ona görə də İran Xarici İşlər Nazirliyi Əbu-Dabini Birləşmiş Ərəb Əmirliyinə atılan raketlərin İran mənşəli olmadığına inandırmağa çalışır.

Yeri gəlmişkən qeyd edim ki, İran Xarici İşlər Nazirliyi İraq Kürdüstan Muxtar Vilayətinin Baş naziri Məsrur Bərzaninin Ərbildəki şəxsi офиsinə və kəşfiyyat rəhbərinin iqamətgahına dron zərbələrinin də İran mənşəli olmadığını bildirir.

İrana qarşı “iqtisadi müharibə” elan edən Tramp Tehran rejiminə kömək edən hər bir ölkənin “böyük iqtisadi nəticələrlə” üzləşəcəyini vəd edərək, müttəfqilərini də İranın iqtisadi təcridini dəstəkləməyə çağırıb. Bundan öncə isə Tramp Hörmüz boğazını “ABŞ-ın yeni ərazisi” elan etmişdi. Senatın Rusiyaya qarşı qəbul etdiyi “cəhənnəm sanksiyaları” qanunda da İrana qarşı iqtisadi təcrid tədbirləri yer alıb. Belə görünür ki, Vaşinqtonun İrana yönəlik strategiyasında ciddi dəyişiklik baş verib. Yəni, İranın parçalanacağı ilə bağlı narahatlıqların yerini İranın bölünməsinin məqsəduyğun olması məntiqi tutub. Çünki, İran parçalanmadan Hörmüz boğazının “ABŞ-ın yeni ərazisi”nə çevrilməsi mümkün deyil. İran parçalanacağı halda isə ABŞ Hörmüz körfəzinin yeni sahibinə çevrilə bilər.

İran qlobal iqtisadiyyatdan tam təcrid şəraitində bir neçə həftə davam gətirə bilər, ancaq bir neçə ay dayana bilməz. Trampın “iqtisadi müharibə” elanından bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian iqtisadi böhranın dərinləşməsi ilə bağlı həyacan təbili çalaraq ölkəsinin artıq əvvəlki səviyyədə neft sata bilmədiyini və sənayedən vergi gəlirlərinin kəskin şəkildə azaldığını bəyan etmişdi. Əgər İranın neft satışı tamam dayansa iqtisadiyyat tamamilə çökəcək. İddialara görə, Prezident Məsud Pezeşkian çağrışının təsirsiz qalacağı halda istefa verə bilər.

Tehranda qorxurlar ki, Məsud Pezeşkianın istefası Güney Azərbaycanda öz müqəddəratını təyin etmə hərəkatını tətikləyə bilər. ABŞ-ın tətbiq etdiyi dəniz blokadası nəticəsində İranın idxal etdiyi malların qiyməti bahalaşmışdı. Əgər, idxalat tamamilə dayanarsa, zəruri ərzaq mallarının qıtlığının yarana və sosial partlayışa səbəb ola bilər.
İslam İnqilabı Keşikçiləri Korpusunun müharibənin miqyasını genişləndirəcəkləri, Avropa ölkələrinə zərbə endirəcəkləri ilə bağlı açıqlamaları isə İranın özünün əleyhinə işləyə bilər. Əgər İran Avropanın NATO-a üzv ölkələrindən birinə zərbə endirərsə NATO Nizamnaməsinin 5-ci maddəsi dərhal işə düşəcək. Bu is İranın fəlakəti olacaq.

Dünyanın əlverişli çoğrafiyaya və zəngin yeraltı sərvətlərə malik İranın içinə düşdüyü fəlakətin əsas səbəbi molla rejiminin İsraili yer üzündən silmək cəhdidir. Ancaq belə görünür ki, İranın başına gələn faciə bəzi müsəlman dövlətləri, ilk növbədə Türkiyə üçün dərs olmayıb. Türkiyə xarici işlər naziri Hakan Fidanın “Qəzza sülh planı”nın ikinci mərhələyə keçməsi, Fələstin tərəfinin öz öhdəliklərini yerinə yetirdiyi halda İsrailin əlavə addımlar atmaması halında Türkiyə, Qətər və Misir “radikal addımlar” atmalı olacaqları haqqında açıqlaması “ikinci İran” olmaq avantürasından başqa bir şey deyil. Hakan Fidan və Rəcəb Tayyip Ərdoğanın açıqlamaları, Türkiyə cəmiyyətini bürüyən isterika onu göstərir ki, Ankara da Tehranın fəlakətlərindən dərs almayıb.

Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alanda bunun çox böyük səhv olduğunu dəfələrlə söyləmişdim. O zaman mənimlə mübahisə edərək Türkiyənin haqlı olduğunu iddia edənlər bu gün də İsrail məsələsində mübahisə edirlər.
Türkiyə həmin S-400 bəlasından qurtarmaq üçün bu gün döymədiyi qapı qalmayıb. Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin törətdiyi fəsadları daşımaqda çətinlik çəkən Türkiyənin İsrailə qarşı atacağı “radikal addımlar”ın hansı nəticələr doğuracağını təsəvvür etmək çətin deyil. Hakan Fidanın vəd etdiyi “radikal addımlar”ı “Türkiyə böyük dövlətdir” şüarı ilə müdafiə edənlərin yanılmalarını anlamaları üçün 9 il vaxt lazım olmayacaq.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyə İran deyil”: Barak Netanyahunu tənqid atəşinə tutub

redaktor

Ərdoğan, yoxsa Şərdoğan?

redaktor

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor