32 C
Bakı
20 Avqust 2026 15:52
Tarix

Sovet hokumətinə təslim olmayan Ağdamlı qaçaq Zallar

Qarabağda, xüsusilə Ağdamda Kolanı obasını tanımayan yoxdur. Azərbaycanda yaşamış qədim türkdilli tayfalardan biri də kolanılar Qarabağ xanlığının tərkibində böyük ərazilər də yaşayıblar. Kolanılar Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışlar. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırmışdır.

Kolanı caamatı döyüşkən, igid və eyni zamanda el-obaya bağlı, haqsızlığa qarşı mübarizə aparanlar olublar. Buradan çoxsaylı qəhrəman oğullar çıxıb Sultan bəy, Kolanı Əliməmməd, Urfan bəy, Bəhram bəy, Fərzalı bəy, Balabəy, Zallar Araz, Qaçaq Osman, Qaçaq Gəncim və Qaçaq Şahmalı və başqa, Vedi Kolanılarında Məmiş Abbasov, Əsgər Qasımov, Aşıq Qəhrəman, Qılınc Məmməd və başqa adlar çəkmək olar ki, bu elin obanın tanınan şəxsləri olubıar. Kolanı tayfası barədə https://fedai.az/?p=24531 oxuya bilərsiniz.

Onlardan biri də Sovet hökumətinə təslim olmayaraq Qaçaq adı alan Zallar Araz idi. Onun tayfası barədə https://fedai.az/?p=7456 Ənvər Çingizoğlunun yazısını oxuya bilərsiniz

Qaçaq Zallar Ağdam rayonu, Şıxavənd-Əlmədətli kəndində anadan olmuşdu

Zallar Araz sadə kəndli ailəsindən çıxmışdı. Onun qaçaqlıq fəaliyyəti yerli əhaliyə divan tutan sovet məmurlarının, bolşevik fəallarının və kəndlilərin mülkünü zorla müsadirə edən cəza dəstələrinin ədalətsizliyinə qarşı barışmazlıqdan başlamışdır.

Qaçaq Zallar Ağdamın dağlıq zonalarında, xüsusilə çətin keçilən relyefə malik meşələrdə hərəkət edən mobil və çevik bir dəstə yaratmışdı. O, qəfil basqınlar təşkil edərək sovet milis məntəqələrini və hökumət rus əsgərlərini darmadağın edirdi.

Sovet təhlükəsizlik orqanları onu “təhlükəli quldur” elan edərək tutulması üçün dəfələrlə genişmiqyaslı əməliyyatlar keçirsə də, Zallar Araz hər dəfə bu mühasirələri yararaq qaçmağı bacarmış, sovet rəhbərliyini aciz qoymuşdur.

Sovet hökumətinin Azərbaycandakı kəndliləri “qolçomaq” elan edərək onların bütün məhsulunu zorla əlindən aldığı dövrdə, Qaçaq Zallar və dəstəsi əhalinin aclıqdan qırılmaması üçün onlarla mübarizə aparıb. Dəstə sovet mühafizəçilərini tərksilah edir, anbarların qıfıllarını qırır və toplanmış tonlarla buğdanı, unları arabalarla gizli şəkildə ətraf kəndlərin yoxsul ailələrinə, uşaqlı evlərə paylayırdı.

Ona dəstək olanlara isə Sovet hökuməti amansız cəzalar tətbiq edirdi. Təkcə 1929-1933-cü illər arasə Ağdamın bəyləri, mülkiyyət sahibi olan varlı kəndliləri və din xadimləri “antisovet element” kimi kütləvi şəkildə həbs edildi. Siyahıya düşənlərin əmlakı tamamilə müsadirə olundu, özləri isə Sibirə sürgün edildi. Sırf Qaçaq Zallar kimi qəhrəmanlara kömək edir şübhəsi ilə Ağdamın bir çox kəndlərində bütöv ailələr NKVD tərəfindən gecə vaxtı evlərindən çıxarılaraq güllələnirdi.

Buna görə Qaçaq Zallar dəstəsi ilə meşələrin daha dərin qatlarına və sıldırım dağlara çəkilməli oldu. Ona təslim olmaq və kəndlə yanaşı “əfv” təklifləri edilirdi. O, isə bu hökumətə təslim olmayacağını cavabın vermişdi. Onun olduğu yeri müəyyən edib hücum edən rus əsgərləri ilə sona qədər döyüşən Qaçaq Zallar təslim olmamaq üçün özünə güllə vuraraq ölüb.

Bolşeviklərin qəbri tapıb təhqir etməməsi üçün onu, fəaliyyət göstərdiyi Ağdamın çətin keçilən Kolanı meşələrində, sıldırım dağ yamaclarının birində gizli şəkildə dəfn ediblər.

Onun yaxın qohum-əqrəbası və dəstəsinə sığınacaq verən Kolanı elinin aparıcı ailələri “quldur tərəfdarları” kimi rəsmi qara siyahılara salındı. Onların var-dövləti tamamilə müsadirə edildi, ailə üzvlərinin böyük bir hissəsi deportasiya olundu.

Azərbaycanın Milli Qəhrəmanı İsgəndərov Əlabbas Qara oğlu onun yaxın qohumu idi. https://milliqahramanlar.az/heroes/66

Qarabağda erməni separatizminə qarşı ilk müqavimət dəstələrini formalaşdıran və Kolanı obalarında böyük nüfuza malik olan İsacan Aslanovun da məhz Zallar Araz bəyin nəslindən olduğu qeyd edilir Qeyd edim ki, O, ermənilərin maşın karvanını 1989-cu ilin aprelində ətrafına yığdığı gənclərlə darmadağın edib.

Qeyd edim ki, heç bir arxivdə onun fotosun tapmaq olmadı deyə Süni İntellekt vasitəsilə düzəltdik. Haqqında deyilənlərin əsasında.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Nasist hərbi cinayətkarların saxlanıldığı Şpandau həbsxanası

redaktor

Osmanlılar və Azərbaycan arasında məzhəb müzakirəsinə son qoyan tarixi fakt

redaktor

Həcəri istəsən, çənli beldə gəz…

redaktor