32 C
Bakı
20 Avqust 2026 16:37
DünyaSiyasət

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.

Söhbət 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədən gedir. Belə ki, həmin məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə iddia olunur ki, guya İsrail🇮🇱 xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir. Həmçinin guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarını əvvəlcədən yerləşdirib və bu, İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Göründüyü kimi CNN-nin yanaşması açıq şəkildə qərəzli və məkirlidir. İddia isə ümumiyyətlə təhlükəlidir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan son illərdə regiondakı ən mürəkkəb geosiyasi proseslərin mərkəzindədir. Belə şəraitdə Azərbaycan haqqında yayılan hər bir məlumat yalnız informasiya məhsulu kimi deyil, onun regional təhlükəsizliyə, diplomatik münasibətlərə və beynəlxalq reputasiyasına təsiri baxımından da qiymətləndirilir.

Bundan başqa, CNN ilk dəfə deyil ki, belə bir addım atır. Belə ki, bu media şirkətinin yazarlarından olan Tim Listerin 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı dərc etdiyi materiallarda Azərbaycana qarşı qərəzli iddialarla dolu məqalələr var idi.

Bu səbəbdən Azərbaycan haqlı olaraq ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Lakin onuda deyim ki, Azərbaycan tərəfi məsələni dərhal məhkəməyə daşımayıb. Əvvəlcə media qurumuna imkan verilib ki, materialı yenidən araşdırsın, təqdim olunan faktları qiymətləndirsin və səhv varsa, onu düzəltsin.

Ümumiyyətlə, CNN materialı dərc etməzdən əvvəl Azərbaycan tərəfinə müraciət edib və Bakının mövqeyini alıb. Azərbaycan tərəfi iddiaları açıq şəkildə rədd edib, ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Bakının rəsmi mövqeyinə baxmayaraq, CNN anonim mənbələrə əsaslanan iddiaları yenə də dərc edib.

Bu, peşəkar jurnalistikanın ən mühüm prinsipi olan dəqiqlik və doğruluğun yoxlanılmasının açıq şəkildə pozulmasıdır. Ümumiyyətlə, anonim mənbənin mövcudluğu onun dediklərinin birmənalı şəkildə həqiqət olduğunu göstərmir. Mənbənin anonim olması onun kimliyini qorumaq üçün əsas yarada bilər, amma iddianın özünün sübut yükünü aradan qaldırmır. Xüsusilə də söhbət bir dövlətin ərazisinin başqa dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsindən gedirsə.

Bir dövlət haqqında “əraziniz xarici ölkənin qonşu dövlətə qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə olunur” demək adi informasiya deyil. Bu, konkret fakt iddiasıdır. Konkret fakt iddiasının isə konkret əsaslandırması olmalıdır.

Üstəlik, belə materialların yaratdığı informasiya effekti yalnız məqalənin yayımlandığı günlə məhdudlaşmır. CNN kimi qlobal auditoriyaya malik media qurumunda yayımlanan məlumat başqa media orqanları tərəfindən sitatlaşdırıla, sosial şəbəkələrdə yayıla, siyasi müzakirələrə daşına və nəticədə ilkin mənbədən qoparaq “artıq təsdiqlənmiş fakt” görüntüsü qazana bilər.

Nəticə etibari ilə indiki məqamda əsas sual budur: CNN-in yaydığı iddiaların real, yoxlanılmış və məhkəmə qarşısında müdafiə oluna bilən sübutu varmı?

Cavab varsa, təqdim edilsin.

Yoxdursa, onda Azərbaycanın təkzib və düzəliş tələb etməsinin haqlı olduğunu qəbul etməkdən başqa yol qalmır.

Çünki beynəlxalq medianın məsuliyyəti yalnız məlumatı ilk yayımlayan olmaq deyil. Əsas məsuliyyət yayımladığı məlumatın nəticələrini də daşımaqdır!

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor

Eskalasiya həddini keçir: dünya daha böyük müharibəyə gedir

redaktor

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor