İdman

“Qarabağ” “Tvente”yə qarşı

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası “Tvente” ilə Niderlandda qarşılaşacaq. “De Qrolş Veste” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda  – Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

“Qarabağ” və “Tvente” komandaları bunadək 2009-cu ildə və 2014-cü Avropa Liqasının pley-off mərhələlərində üz-üzə gəliblər. İlk dəfə mərhələ keçən tərəf “Tvente” olub (3:1, 0:0). İkinci dəfə isə “Qarabağ uğur qazanıb. Bakıdakı ilk matç 0:0, Enşededəki cavab oyunu 1:1 hesabı ilə yekunlaşıb. Qurban Qurbanovun komandası o vaxtkı səfər qolu sayəsində tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun

20 avqust

22:00. “Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Cuxin Caca (Albaniya)

“De Qrolş Veste”, Enşede, Niderland  (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Həyat yoldaşları saçyolduya çıxdı – Oteldə dava

admin

Çempionlar Liqasında pley-off başlayır

admin

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin