Rusiya Prezidenti Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkədəki şovinistlər üçün “pandoranın qutusu” açıldi.
Birinci elə həmin rusiyalı rəsmilər diplomatik dili unudaraq müxtəlif ölkələri və həmin ölkələrin liderlərini aşağılamağa başladılar. Bunun ardınca, Rusiyanın televiziya kanallarında Kremlə bağlı jurnalistlər və ekspertlər ağalarından nümunə götürərək müxtəlif dövlətlərə və onların liderlərinə qarşı daha təhqiramiz ifadələr işlətməyə başladılar.
Rusiyada rəsmilərin və televiziya ekranlarında izlədiyi şəxslərin başqalarının ünvanına işlətdiyi təhqirlərdən “ilham” alan adi vətəndaşlar isə “gəlmələri qovmaq lazımdır” kimi çağırışlara üstünlük verirlər. İş o yerə çatıb ki, Rusiyada hansısa şovinist kişi və ya qadın qarşısına çıxan və özünə oxşamayan Rusiya vətəndaşı olan tatarı, başqırdı, çuvaşı və digərlərini təhqir edir.
Nə qədər ki, Rusiya qonşularına, hətta tərəfdaş adlandırdığı dövlətlərə qarşı bu “dildən” istifadə edəcək, bu ölkə ilə normal münasibətlər qurmaq mümkün olmayacaq.
