Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
İlk günündə 3 matç keçiriləcək.
“Dinamo” Zaqrebdə Norveç “Vikinq”i ilə qarşılaşacaq. “Levski” Yunanıstan AEK-ini qəbul edəcək. Türkiyə təmsilçisi “Fənərbaxça” isə İstanbulda “Lion”la üz-üzə gələcək. Oyunların hamısı saat 23:00-da başlayacaq.
Qeyd edək ki, pley-offun digər 4 ilk matçı sabah keçiriləcək. Azərbaycan çempionu “Sabah” İsrailin “Hapoel” komandası ilə qarşılaşacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
18 avqust
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Vikinq” (Norveç)
23:00. “Levski” (Bolqarıstan) – AEK (Yunanıstan)
23:00. “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa)
19 avqust
23:00. “Seltik” (Şotlandiya) – LASK (Avstriya)
23:00. “Slovan” (Slovakiya) – “Selye” (Sloveniya)
23:00. “Hapoel” (Ber Şeva, İsrail) – “Sabah” (Azərbaycan)
23:00. “Nijmegen” (Niderland) – “Budo Qlimt” (Norveç) (Qol.az)
