30.4 C
Bakı
05 Avqust 2026 23:00
DünyaMuharibəSiyasət

Putini xilas etmək lazımdır!

Üçüncü ölkə rəsmən müharibəyə qoşulur

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) və “Reuters” agentliyinin yaydığı məlumata əsasən, Şimali Koreyanın (KXDR) təxminən 90 nəfərlik raket bölməsi Rusiyanın Voronej vilayətində yerləşdirilib. Şimali koreyalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin 112-ci qvardiya raket briqadasının tərkibinə daxil edilib.
Kəşfiyyat məlumatlarına görə, Pxenyan artıq Moskvaya 40 ədəd “KN-23” və “KN-24” tipli balistik raket verib. Pxenyan və Kremlin ümumilikdə cəbhəboyu zonada 120-dək raket və 6 buraxılış qurğusu yerləşdirməyi planlaşdırdığı bildirilir.
Ukrayna GUR-un nümayəndəsi Andriy Çernyak bildirib ki, Rusiya rəhbərliyi KXDR-in raket qoşunlarından birbaşa Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edəcək. Şimali Koreya kontingentinin dəqiq sayı, yerləşmə konfiqurasiyası və raketlərin ümumi miqdarı gələn ay Moskva və Pxenyan arasında ən yüksək səviyyədə keçiriləcək danışıqlar zamanı yekun olaraq razılaşdırılacaq.

Ötən həftə Rusiya 2025-ci ilin avqustundan bu yana ilk dəfə olaraq Ukraynadakı hədəflərə Şimali Koreya istehsalı olan iki balistik raket buraxıb. Ukrayna tərəfi bu zərbədə məhz yeni çatdırılan 40 raketlik partiyadan istifadə olunduğunu təsdiqləyib.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada kürd separatizmi bitdi

redaktor

İranın “Şiə hilalı” param-parça

redaktor

Qazaxıstanın sürətli texnoloji yüksəlişi

redaktor