DünyaGündəm

Seuta böhranının arxasında duran geosiyasi oyun

İspaniyanın Baş naziri Pedro Sançez 20 iyul 2026-cı ildə Əlcəzairə rəsmi səfər edir. Əlcəzair Prezidenti Əbdülməcid Təbbum ilə həm təkbətək, həm də heyətlərarası görüşlər keçirilir. İki lider arasında əldə olunan siyasi razılaşma nəticəsində İspaniyanın Əlcəzairdən təbii qaz idxalını 10% artırması qərara alınır.

Bu hadisədən sonra Mərakeş hökuməti Seuta və Melilya ilə sərhəddə bilərəkdən nəzarəti zəiflədir. 30 iyulda 50.000 ilə 60.000 arasında qeyri-qanuni miqrant sərhədi pozaraq İspaniyaya girməyə cəhd edir. Mərakeş ilə İspaniya arasında Seuta və Melilya şəhərlərinin statusu və Qərbi Sahara ərazisinin muxtariyyətinin tanınması uğrunda uzun illərə dayanan gizli bir qarşıdurma mövcuddur.

Mərakeş və Əlcəzair Şimali Afrikada amansız düşmənlərdir. 1996-cı ildən başlayaraq Əlcəzair qazı Mərakeş torpaqlarından keçərək İspaniyaya ötürülürdü. Buna görə Mərakeş hökuməti İspaniyadan və Əlcəzairdən həm pul (tranzit rüsumu) alır, həm də öz ehtiyacları üçün pulsuz qaz götürürdü. 2021-ci ildə Mərakeş və Əlcəzair arasında münasibətlər tam qırıldı. Əlcəzair Mərakeşdən keçən bu xətti tamamilə bağladı. Qazı İspaniyaya birbaşa dəniz altından keçən digər boru xətti (Medgaz) ilə ötürməyə başladı.

Bundan əlavə Əlcəzair Qərbi Saharanın müstəqilliyini dəstəkləyir. Bu ərazinin azadlığı uğrunda vuruşan “Polisario Cəbhəsi” adlı hərbi-siyasi təşkilata Əlcəzair hökuməti silah, pul və öz ərazisində (Tinduf düşərgələrində) baza verir. O, bununla Mərakeşi regionda zəiflətmək, Qərbi Sahara vasitəsilə Atlantik okeanına birbaşa çıxış əldə etmək istəyir.

Mərakeş Qərbi Saharanın 80%-nə nəzarət edir. Burada dünyanın ən zəngin və ən keyfiyyətli fosfat yatağı var. Mərakeş hökuməti üçün bu qızıl dəyərindədir. Bu zona həm də balıq sahələri ilə çox zəngindir. Mərakeş buradakı balıqçılıqdan hər il milyardlarla dollar gəlir qazanır. Avropa İttifaqına da balıq ixrac edir. Qərbi Sahara hökumətin əlindən çıxarsa Mərakeşdə krallıq tamamilə çökər.

Məsələnin digər tərəfində isə Mərakeş ilə İsrail arasında əlaqələr və “İbrahim Sazişi” dayanır. 2020-ci ildə ABŞ və İsrail Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıdı. Mərakeş ilə yəhudi lobbisi arası siyasi və hərbi sahədə münasibətlər inkişaf etməyə başladı. İspaniyanın və Pedro Sançez hökumətinin Fələstin dövlətini tanıması, İsrailinin Qəzzada hərbi əməliyyatların pisləməsi yəhudi lobbisini qəzəbləndirdi.

İndiki miqrant axınının birdən-birə İspaniya üçün xaosa çevrilməsinin İspaniyanın Mərakeşi kənarda buraxaraq, Əlcəzair ilə birbaşa diplomatik və iqtisadi əlaqələr qurması ilə bağlıdır. Çünki Əlcəzair Şimail Afrikanın tək və yeganə sahibi olmaq istəyir. Buna görə o, dəstəklədiyi “Polisario Cəbhəsi” ilə Mərakeşin iqtisadiyyatını və ordusunu daim xərclərə boğur. Onun güclənməsinin qarşısını alır.

Əlcəzair ərəb dünyasında Fələstini dəstəkləyən ən barışmaz dövlətlərdən biridir. Bu cəhətdən bu cəbhədə də Mərakeşlə Əlcəzair arasında kəskin barışmaz mübarizə görünür. Məsələyə belə baxanda, yazılan beynəlxalq iddialara əsasən Sançez hökumətinin Fələstin mövqeyi və Əlcəzairlə “Qaz Sazişi” Mərakeşin sərhədləri qəfildən açaraq İspaniyada daxili xaos yaratması, Sançez hökumətini zəiflətmək üçün idarə olunan bir gediş kimi qiymətləndirilir.

30 iyul İspaniya ilə Mərakeş arasında “Miqrantların Geri Qaytarılması Sazişi” imzalanır. Bununla Mərakeş İspaniyanın Əlcəzairlə yaxınlaşmasının cavabsız qalmayacağını (beynəlxalq siyasi ekspertlərə görə, yəhudi lobbisi İspaniyanı Fələstin məsələsinə görə cəzalandırdı) göstərdi. Hökumət sərhədi biraz nəzarətsiz buraxan kimi İspaniyanın daxili siyasəti iflic vəziyyətinə düşdü. Həmçinin bununla Mərakeş Avropanın təhlükəsizliyi üçün əvəzedilməz bir tərəfdaş olduğunu beynəlxalq müstəvidə sübut etdi. Avropa İttifaqı sərhədin gücləndirilməsi və transmilli qaçaqmalçılıq ilə mübarizənin daha “güclü” şəkildə aparılması üçün Mərakeş hökumətinə yeni milyardlıq maliyyə yardımları və kəşfiyyat dəstəyi verməyi öhdəsinə götürdü.

 

Nəcəf Əsgərzadə

Tacxeber.com

Oxşar xəbərlər

Müharibə torpaq, enerji resursları ilə bərabər, milli kimlik uğrunda gedir

redaktor

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Demokratiyanın nəticəsi rəqəmlərdə görünür

redaktor