İqtisadiyyat

Dollara tələbin azalması iqtisadi durğunluğun siqnalıdır

2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb.
Müqayisə üçün: 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.

Dollara təlabat düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0% civarındadır. Dollara tələbin kəskin azalması yaxşı bir gedişat deyil – idxal düşüb, çünki insanların alım gücü azalır, qiymətlət yüksək, real gəlirlərin artım tempi isə aşağıdır.

Hökumətin səhv təsbiti burda da özünü göstərir – hələ də əsas problemi büdcə gəlirlərin azalmasında görürlər, biznes və vətəndaşa əlavə maliyyə yükü gətirməklə bu məsələni həll etməyi düşünürlər. Bu isə əks-effekt verir, iqtisadi aktivliyi daha da zəiflədir və büdcə daxilolmaları artmır. Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır, bütün qərarlar bu yöndə alınmalıdır – o zaman büdcə gəlirləri də artacaq.
İndiki yol iqtisadiyyatı boğur…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Fındığın qiyməti niyə 10 ildir artmır?

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

İsveçdə bu gün seçkilərdir. Hakimiyyətdə sağçılar, müxalifətdə isə solçulardır.

redaktor