CəmiyyətDinGündəm

Azad söz təhqir hüququ deyil

Dini inancları, milli-mənəvi dəyərləri və insanların müqəddəs hesab etdiyi simvolları təhqir etmək nə azad söz, nə də fikir plüralizmidir.

Azadlıq heç kimə başqasının inancını, dəyərlərini və müqəddəs hesab etdiklərini alçaltmaq hüququ vermir.

Əgər bu cür davranış “azadlıq” adı altında normal qəbul edilərsə, sabah başqası M.Ə. Rəsulzadəni təhqir edəcək, digəri Heydər Əliyevi, bir başqası Nadir Şahı, digəri isə cəmiyyət üçün əhəmiyyət daşıyan başqa tarixi şəxsiyyətləri və dəyərləri hədəfə alacaq.

Bunu istəyirsiz?

Söz azadlığı ilə təhqir arasında aydın sərhəd olmalıdır. Kimliyindən, baxışından və ya sosial statusundan asılı olmayaraq, nifrət yaradan, insanları qarşı-qarşıya qoyan və ictimai qarşıdurmanı körükləyən hərəkətlər qanun çərçivəsində qiymətləndirilməlidir.

Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (“E.S. Avstriyaya qarşı” və ya “Otto-Preminger İnstitutu” işləri) açıq şəkildə təsdiq olunmuşdur ki, xristianlıqdakı müqəddəs simvolların, İsa Peyğəmbərin və ya Hz.Məryəmin təhqir edilməsi ifadə azadlığı deyil, dini sülhü və ictimai asayişi pozan əməldir.

Bir çox demokratik ölkələrin qanunvericiliyində məhz bu cür əməllərə – dini dəyərlərin və simvolların təhqir olunmasına görə real cinayət məsuliyyəti və cəzalar nəzərdə tutulur.

Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, dövlətlərin dini sülhü, ictimai asayişi və başqalarının inanclarına hörmət hüququnu qorumaq üçün bu cür əməlləri cəzalandırmaq səlahiyyəti (margin of appreciation) tanınır. Buna görə də milli qanunvericilikdə tətbiq edilən cərimələr və ya məhdudiyyətlər ifadə azadlığının pozuntusu hesab edilmir.

 

Kamran Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Təbiətin vəhdəti və ifadənin azadlığı: Bir qazinin İNTELLEKTUAL SÜRGÜNÜ

redaktor

Almaniyaya qayıtmaq istəyən azərbaycanlı ailə sərhəddən geri qaytarıldı

redaktor

Hikmət Hacıyevin bir cümləsi üzərində düşüncələr

redaktor