DünyaSiyasət

Paşinyan Putinə meydan oxudu

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, o, şəxsən Rusiya Prezidenti Vladimir Putini Yerevanın Avropaya inteqrasiya istiqamətindəki kursunu davam etdirmək niyyəti barədə məlumatlandırıb.

Paşinyan brifinqdə bildirib: “Mən Rusiya prezidentinə dedim ki, biz Avropaya inteqrasiya yolunu elan etmişik və bu yolla gedəcəyik, xüsusən də Ermənistan xalqı buna səs verdiyi üçün”.

Eyni zamanda, Ermənistan hökumətinin başçısı vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Yerevan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq imkanını nəzərdən keçirmir.

Paşinyanın sözlərinə görə, problem Ermənistanın mövqeyində deyil, birliyin özünün fəaliyyətindədir. O bildirib ki, AİB mexanizmləri faktiki olaraq fəaliyyətini dayandırıb.

Baş nazir ittifaq bazarında Ermənistan mallarına qoyulan məhdudiyyətləri şərh edərkən qeyd etdi ki, “Bu, Ermənistanın problemi deyil; bu, AİB-in mexanizmləri ilə bağlı problemdir. Məlum olur ki, AİB iflic vəziyyətindədir və işləmir”.

O, həmçinin xəbərdarlıq edib ki, yaranan problemlər vaxtında həll olunmazsa, bu, ittifaq üçün ciddi nəticələrə səbəb ola bilər. “Əgər bu problem tez və vaxtında həll olunmazsa, güman edə bilərəm ki, bu, AİB-in sonunun başlanğıcı olacaq”, – Paşinyan bildirib.

Baş nazir həmçinin Vladimir Putinin yenidən seçilməsindən sonra telefon danışığı zamanı təbriklərin olmamasına da münasibət bildirib.

“Rusiya prezidenti məni təbrik etmədi, amma bu, sual doğurur: o zaman kiminlə danışırdı?” Paşinyan dedi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyaya qayıtmaq istəyən azərbaycanlı ailə sərhəddən geri qaytarıldı

redaktor

Niyə Quba-Xaçmaza “Şimal”, Lənkərana-Astaraya “Cənub” deyirik?

redaktor

Sionistlər sentyabr üçün sürprizlər hazırlayır…..

redaktor