Rusiya siyasiləri və mediasının ümidlə “tarixi görüş” adlandırdığı Rubio (ABŞ) və Lavrovun (Rusiya) Filippindəki görüşü cəmi 37 dəqiqə çəkib. Yəni ümumi, predmetsiz və nəticəsiz!
Lavrov Kremlin sülh arzusunu köhnə söhbət olan, Putin-Tramp arası Ankoricdə.(Alyaska) keçirilən görüşdəki köhnə təkliflərə yönəldib. Görünür ki, sülh Putinə hava-su kimi lazımdır.
Rubio də bildirib: “Bu təkliflər – yəni Ukrayna ərazilərinin bölünməsi cəhdləri uğursuz olub. Axı, hər iki tərəf, yəni Ukraynalılar buna razı olmadıqca sülh müqaviləsi necə bağlansın?
Rubio bildirib: “Ukraynada münaqişənin həlli üçün yeni ideyalar və təkliflər lazımdır”. Yəni, zaman, şərait, qüvvələr nisbəti artıq, dəyişib, Rusiyanın yüksək iddialı iştahı, arxada qalıb.
Vəssalam, Kremlin son, ABŞ ümidi də, belə!
Ortaya nə çıxır?
Belə çıxır ki, ruslar həyatlarının bəlkə də ən çətin qışına hazırlaşmalıdırlar… Və 2026-cı çətin il uzun müddət xatırlarında qala bilər! Ukraynanın işğalından dörd ii yarım keçmiş bumeranq geri qayıdıb. Yəni, Ukrayna uzun müddətdir müharibə şəraitində yaşayır, bu, Rusiya üçün isə hələ, yeni başlayır. Rusiya işğalına səssiz qalan, dəstəkləyən və həm, işğaldan “böyük qənimətlər” gözləyən bütün rusyalılar, Kremlin Ukraynaya etdiklərini öz gözlərilə Rusiyada bumeranqlı görə bilərlər.
Ruslar xatırlamalıdırlar: Ukrayna xalqı çətin, nəyisə unutsun. O, ilkin vaxt ukraynalı analar ağlamır, uşaq itkin düşərsə və yaxud ana özü sağ olmazsa, tanına bilsin deyə, uşaqlarının kürəyinə ad və telefon nömrələrini yazırdılar.
Ukrayna xalqı hərbi əsirlərin edamı, işgəncə verilməsini, işğal olunmuş ərazilərdə mülki şəxslərin öldürülməsini, qızlara və qadınlara təcavüzləri, şəhərlərə və kəndlərə gündəlik hücumları xatırlayırlar. Yüz minlərlə insanın evsiz qoyulmasını və sair nələri və nələri də!
Çıxışın yolu nədir?
Bu müharibədən yalnız bir çıxış yolu var: rus qoşunlarının Krım da daxil, tamamilə, bütün Ukraynadan tezliklə çıxarılması. Necə ki, SSRİ 1989-cu ildə Əfqanıstandan, 1991-ci ildə də Şərqi Avropadan çıxdı, bu yaxında Suriyadan çıxdı. Sonra isə, təzminatların ödənilməsi və oğurlanan Ukrayna uşaqlarının qaytarılması, həm bütün hərbi əsirlərin dəyişdirilməsi gəlir.
Deyirlər, Rusiya və Ukrayna xalqları eynidirlər. Amma yox! Mən, hər iki millət içində yaşayıb, çalışıb bilirəm. Misal. Krasnodar, Nevinomısk böyük Wildberries ambarları, eləcə də Armavir, Tuapsedəki neft anbarlarını Ukrayna vurub və yanır. Lakin Ukrayna xalqı həmin yanan Kuban ərazisinin Ukraynanınkı olduğunu iddia etmir! Onlara bu lazım deyil Rusiya xalqının Donbas, Xersonu, s. öz ərazisi olma iddiasından fərqli. Ukraynalılar xarici, qonşu torpaqların “böyük ağası” olmağı xəyal etmir. Hər şeyin sonu var.
