Dünyaİdman

FIFA rəhbərliyinin şəffaflıq məsələsi sual altındadır

Trampın müdaxiləsi ilə bağlı müzakirələrdən və ABŞ millisinin futbolçusu Folarin Balogunun qırmızı vərəqə qərarının dəyişdirilməsindən sonra bu Dünya Çempionatında hakimlik və ümumilikdə FIFA-nın fəaliyyəti ilə bağlı ciddi suallar yarandı.

İsveçrə–Argentina oyununda Breel Embolonun qırmızı vərəqə alması isə azarkeşlərdə böyük narazılıq yaratdı. Qərar elə təsir bağışladı ki, sanki hakim João Pinheiro meydanda tərəfsiz ədalət təmsilçisindən çox, Argentinanın 12-ci oyunçusu kimi göründü. Çünki penal vəziyyətini VAR-a aparmayan hakim meydanın mərkəzində baş verən epizodda simulyasiya şübhəsinə görə VAR-a müraciət etdi.

Halbuki həmin epizodu əvvəlcədən fiziki kontakt kimi qiymətləndirib heç bir kart göstərməmək də mümkün idi. Əvvəlcə kart göstərib, daha sonra VAR-a gedərək bu epizodu aldatma kimi qiymətləndirmək qərarı isə çoxları tərəfindən düşünülmüş və mübahisəli yanaşma kimi qəbul edildi.

Belə vacib qarşılaşmalarda futbol ictimaiyyətinin əsas gözləntisi hamı üçün eyni tətbiq olunan, ədalətli və ardıcıl hakimlikdir. Təəssüf ki, bu Dünya Çempionatında bəzi oyunlarda futbolçuların mübarizəsindən daha çox hakim qərarları müzakirə olunur. 1/4 final mərhələsinin əsas mövzularından biri gözəl futbol yox, məhz hakimlik oldu.

Ümumiyyətlə düşünürəm ki, FIFA rəhbərliyi siyasi təsirlərdən tam müstəqil görünmür və şəffaflıq məsələsi sual altındadır. Belə bir vəziyyətdə FIFA prezidenti Gianni İnfantino məsuliyyət nümayiş etdirərək istefa məsələsini nəzərdən keçirməlidir.

 

Bəhruz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yenə Argentina-İngiltərə…

admin

Lindsi Qrem: rəqibləri dost edən siyasətçi

redaktor

Əsrin böyük yanlışı…

redaktor