Bu qızı tanımıram. Qəza ilə gündəmə gəlməsəydi, bəlkə də heç tanımayacaqdım. Ona verilən cəzadan da gördük ki, bu ölkədə atan vəzifəli şəxs deyilsə, pulun yoxdursa, ədalət axtarmağa dəyməz.
Videolar yayılır, görürsən ki, qızın 5 il həbs yatacaq qədər günahı yoxdur. Deyirlər hadisə yerindən qaçıb, amma video ortaya çıxır ki, qaçmayıb. Ümumiyyətlə, qızı içəri basmaq üçün göstərilən canfəşanlıq açıq-aşkar görünür.
Amma nədənsə Əli Həsənovun nəvəsi Nail Allahverdiyev qudurmuşluq edib yüksək sürətlə maşın sürərək 2 nəfərin ölümünə səbəb olanda belə canfəşanlıq etmədiniz. 5 il cəza verdilər, bir müddət keçdi, çıxdı çölə.
Bu yetim dönmə işığını yandırıb sola dönür. O biri isə 100+ sürətlə gəlib cüzi toxunuşdan sonra aşır. O maşının yerində daş da ola bilərdi, uşaq da, yolu keçən heyvan da, insan da…
Yüksək sürət, əks yola çıxaraq ötmə və digər qayda pozuntuları… Qarşı tərəfin deyəsən pulu çoxdur… Məhkəmənin ədaləti olmasa da, Allahın ədaləti var.
