26.3 C
Bakı
04 İyul 2026 12:12
DünyaSiyasət

Fələstin ərəblərin, Uyğur türklərin hüquqları müdafiə olunmalı, amma…

Məsələnin bu tərəfini də gərək, dürüst, səmimi qeyd edək. İki gün əvvəl, öz, şəxsi düşüncəmlə İsrailin, Türkiyənin milli maraqlarına toxunacaq “Erməni soyqırımını” tanıması kimi gözlənilməz qərarını yanlış, spontan, arzuedilməz və bütün tərəflərə, elə İsrailin özünə xeyirsiz və mənasız addım hesab etdim. Bu fikrimi əsaslandırmağa çalışdım, və əminliklə həmin fikirdə də qalıram.

Ancaq, bir sıra izləyicilərimiz, İsrailin bu qərarı verməsində, Türkiyənin İsrailə düşmən, terror kəsilən, İran SEPAH rejiminin də himayə etdiyi HƏMAS, “Hezbulla”, “Hüsilər” və sair kimi hərbi birləşmələri dəstəkləməsini birbaş səbəb kimi bildirdilər, yəni İsrail bu addıma məcbur qalınır.

Burada, obyektiv düşünsək, Türkiyənin həmin o qruplaşmalara dəstək, yardımçı olması barədə elə də dürüst və əsaslı fakt yoxdur ya da ki rast gəlməmişəm. O düz və görsənəndir ki, Türkiyə fələstinlilərə, Hezbulla tərəfli ərəblərə dəstəkli siyasət aparır. Və həm də, onların qan qardaşı olan, ətrafdakı ərəb dövlətlərindən, daha xeyli. Və hətta, İsrail dövləti ilə düşmənli ziddiyyətli.

Bəli, Fələstin xalqı, dünyada bir sıra, məsələn, Uyqur türkləri və s. kimi müstəqil dövlət olma haqq-hüququ tapdalandığı üçün dəstəklənməli və onlara bu yöndə yardım edilməli xalqlardır. Bunu, ədaləti üstün tutan, bütün dövlətlər edir.

Ancaq bəli, Türkiyənin bu, izafi ərəb təəssüblü xarici siyasəti, “ərəbdən çox ərəb olma” dərəcə izafi siyasi yönü təəccüb gəlir, anlaşması çətin. O qədər ki, Türkiyənin üzv olduğu NATO, İslam Ərəb, Türk dövlətlərinə həmçinin, qəribə gələn!Məsələn, qalan türk dövlətlərinin heç biri Ərəb böyük və imkanlı dövlətləri qala–qala, Türkiyə qədər Fələstinin məsələsində “araya girmirlər”.

Qardaş Türkiyə böyük dövlətdir, öz daxili-xarici siyasət çıxarını özü müəyyən edir və özü bilsin. Düşünürəm ki, bütün bu, siyasi ziddiyyətlər öz anlaşmasını tapar, və yarandığı kimi də, sönər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya və Hindistan strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

redaktor

Ukraynada seçki öncəsi böyük siyasi qarşıdurma

redaktor

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor