Amma bu onlara bəs etmirdi. Sonra onlar qəddar xəstəxana ölüm protokolları əsasında bizi ən əsas və insani hüquqlardan – sevdiyimiz ən yaxın insanın əlindən tutmaq, gözlərinə baxmaq və vidalaşmaq hüququndan məhrum edərək, xəstəni tənhalıqda ölməyə məhkum etdilər.
Daha sonra ifrat sadizm göstərməklə müqəddəs dəfn mərasimini dövlət tərəfindən sanksiyalaşdırılmış alçaltma aktına döndərərək, ailələri öz doğmalarını ləyaqətlə son mənzilə yola salmaqdan məhrum etdilər.
Belə böyük ŞƏR cəzasız qala bilməz. Və qalmayacaq da.
İndiyədək onlara haqq qazandırmağa çalışan hər kəs isə nəinki şəri müdafiə edir – onlar özləri də şərə çevrilirlər.
Fotoşəkillərdə:
1. Entoni Fauçi (Anthony Fauci) – immunoloq alim və infeksionist: uzun illər (1984-cü ildən 2022-ci ilə qədər) Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru vəzifəsində çalışıb.
2. Deborah Birks (Deborah Birx) – həkim-immunoloq: COVID-19 pandemiyası zamanı koronavirusa qarşı mübarizə üzrə koordinator vəzifəsində çalışıb.
(c) Trişa Houp, Texasdan milli nümayəndə, J6 hərəkatının fəalı
Trişanın yazdıqları 100% doğrudur. Məhz buna görə pandemiya zamanı Fox News-da mənə verilən “Fauçi iddia edir ki, o özü elə elmdir və əgər onu tənqid edirsinizsə, siz elmin özünü tənqid edirsiniz. Buna nə deyə bilərsiniz?” sualına cavabım belə oldu:
“Ünsiyyətdə olduğum həkimlərin və digər şəxslərin çoxu bunu fərqli görürlər. Onlar Fauçini daha çox nasist həbs düşərgələrinin “ölüm mələyi” olan doktor Mengele kimi qəbul edirlər.”
Bu sözlərimə görə Fox News telekanalı Fox Nation platformasında çox uğurlu “The Rest of the Story with Lara Logan” (Lara Loqanla hekayənin davamı) adlı verilişimlə bağlı mənimlə müqavilə bağlamaq üzrə danışıqlara son qoydu.
Mən onların əksər verilişlərində müntəzəm qonaq idim və çoxları mənim artıq orada işlədiyimi düşünürdü, amma bunun üçün haqq almırdım və Fox-un ştatında deyildim. O vaxta qədər mən Fox Nation üçün verilişimi balaca bir prodüser şirkəti vasitəsilə hazırlayırdım. Amma veriliş o qədər uğurlu idi ki, Fox News məni ilk dəfə rəsmi olaraq işə götürmək üzrə idi. Kimsə bunun baş verməməsini təmin etdi – ona görə yox ki, haqsız idim, ona görə ki, həqiqəti söylədim. Və bu yenə nüfuzlu insanların xoşuna gəlmədi.
(c) Lara Logan, mükafatlar almış araşdırmaçı jurnalist
