Zelenskinin Lukaşenkoya verdiyi ultimatumun, daha doğrusu bir həftəlik müddətin vaxtı yaxınlaşdıqca, görünən bu ki, Lukaşenko ölkədən qaçmaq və daha təhlükəsiz yer kimi dostu Putinin bunkerinə sığınmaq xəttini tutub!
Belə ki : —
Aleksandr Lukaşenko sərhədyanı rayonların sakinlərinə təşvişə düşməməyi tövsiyə edib və ölkədən ayrılıb.
Mətnə görə, Volodimir Zelenskinin Qomel və Brest vilayətlərindəki retranslyatorlarla bağlı ultimatumundan sonra Lukaşenko gərgin dövrü xarici səfərdə keçirməyə qərar verib. O, Qomel vilayətinin qubernatoru İvan Krupko vasitəsilə sakinlərə çatdırıb ki, guya istənilən təcavüzkarın hücumunu dəf etmək üçün kifayət qədər qüvvə və vasitə var.
Yəni sərhədyanı bölgələrdə yaşayan insanlara sakit qalmaq, onun sözünə inanmaq və əlavə suallar verməmək tövsiyə olunur.
Bu arada Lukaşenko özü isə, ölkədə olmayacaq — onun sözlərinə görə, uzunmüddətli ezamiyyətdədir və Vladimir Putinlə görüşü planlaşdırılıb.
Belə … necə deyərlər; “asta qaçan namərddir.” Batya Zelenskiyə demək istəyir ki,
” vur görüm, necə vurursan!” — mən “qardaşımın” yanındayam.
