CəmiyyətTarix

Milli Qəhrəmanları tanıyaq

“Mənim bu Vətən üçün hələ görəcək işlərim var, ölüm məni elə-belə apara bilməz”-İlk Milli Qəhrəmanlardan biri Valeh Müslimov
Biz çox zaman şəhidlərimiz və qəhrəmanlarımız barədə yazanda son 10 ilə aid olanları yazırıq. Lakin 1991-1993-cü ildə birinci Qarabağ müharibəsi zamanı yüzlərlə şəhidlərimiz və qəhrəmanlarımız var.

Onların da adları bu gün media və sosial şəbəkələrdə az hallanır. Lakin birinci müharibə şəhidləri barədə informasiya qıtlığı var. Çalışacam bu gündən onlar barədə yazıları ardıcıl paylaşıb gənclərə məlumat verəm. İlk yazmaq istədiyim qəhrəmanımız, bu günlərdə şəhid olduğu yerdə olduğum

Valeh Müslimovdur.

İlk dəfə Azərbaycan Milli Qəhrəmanı adı alan şəhidlərimizin sayı 11 nəfər olub. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə 11 nəfərə bu ad verilib

Siyahıda birinci Məhərrəm Seyidovun adıdır.O, digər 10 qəhrəmanımızdan əvvəl şəhid olmuşdur.Və siyahı qəhrəmanların şəhid olduğu tarixə uyğun sıralanmışdır.

Valeh Əlirza oğlu Müslümov 1968-ci ilin sentyabr ayının 2-də Lerik, Kəvçəvəl kəndində doğulmuşdur.Onun haqqında maraqlananda dedilər ki, Valeh tikinti və memarlıq sahəsində böyük istedadı olan bir gənc idi ki, binalara milli naxışlar vurmaqda peşəkar şəxslərdən biri olub.

Rusiyadakı dostları Qarabağda müharibə başlayanda Ona burda qalıb öz sənəti ilə böyük pullar qazanmağı təklif etmişdilər. Lakin Valeh onlara qısa cavab verir:

“Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?” deyib Azərbaycana dönmüşdü.

1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fəal iştirak edib. V.Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərib.

Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını mühasirədən çıxarıb təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına həlak olub.

Onun sonuncu döyüşü barədə bir çox o dövrün şahidlərindən soruşmuşam. Onların dediyinə görə Valeh Müslimov ağır yara almasına baxmayaraq, dayanmır və yoldaşlarını xilas etməyə davam edir.

Onu tanıyanlar qeyd edirlər ki, O, yaralananda tibb işçiləri və yoldaşları onu döyüş meydanından təxliyə etmək istəyirlər. Lakin Valeh qətiyyətlə etiraz edir. O, yarasına tibbi müdaxilə olunmasına belə imkan vermək istəmir, çünki qorxurdu ki, yarasını bağlamaq bəhanəsi ilə onu zorla arxaya — hospitala apararlar və o, yoldaşlarını döyüşdə tək qoyar. O, qan axan yarası ilə döyüşə davam edir və elə bu vəziyyətdə digər yaralıları xilas edir.

O, məhz sonuncu — 11-ci yoldaşını da təhlükəsiz yerə çatdırandan sonra özü həddindən artıq qan itirmədən şəhid olur.

Lerik şəhərindəki 2 nömrəli tam orta məktəbə onun adı verilib. Eyni zamanda, rayonda onun xatirəsinə ucaldılmış memorial kompleks var.

Allah ruhunu şad eləsin

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Əsrlərdir bizdən gizlədirlər: bunlar haram deyil! – Zirəddin

redaktor

Körpənin ölümündə ittiham olunan tanınmış həkimlə bağlı qərar verildi

admin

Nazim Bəydəmirli saxlanıldı.

admin