26.4 C
Bakı
21 İyun 2026 18:21
DünyaİqtisadiyyatSiyasət

Bu oyunda kim uduzdu, kim uddu…

Bu gün dünyada formalaşan geosiyasi və geoiqtisadi formul belədir, və ya belə işləməyə başlayıb: 1) Rusiya Ukraynanı zəiflədir – bunun qarşılığında Ukrayna da Rusiyanı ciddi zəiflədir, 2) Ukraynaya maddi-siyasi-iqtisadi dəstək verən, amma, ucuz enerji daşıyıcılarından məhrum olan Avropa müxtəlif növ çağırışlarla (enerji, miqrant və s.) üzləşərək zəifləyir, 3) İran müharibəsinin gedişatı və bu günə olan nəticələrinə görə Çin və Avropa daha baha enerji aldıqlarına görə zəifləyirlər, 4) Körfəz ölkələri açıq hədəfə çevrildiyinə görə zəifləyir, 5) İsrailin apardığı aqressiv siyasət onu təkləyib, bir tək ABŞ-dan asılı vəziyyətə salıb, əvvəlki mövqeləri xeyli zəifləyib, 6) İranın hərbi potensialı zəifləyib, iqtisadi durumu zəifləyib – amma, geosiyasi önəmi artıb.

Gələk ABŞ-a, İran müharibəsində sifətini, mövqeyini müvəqqəti olaraq itirsə də, Rusiyanın Ukraynaya qarşı davam edən axmaq təcavüzü və İran ətrafında qeyri-müəyyənliyin qalması, yəni, rəsmi Moskvanın bataqlığa batması, rəsmi Pekinin isə hərbi mənada “dişsiz” olması, ABŞ-a nələr qazandırdı, bir ona baxaq: 1) Venesuella məsələsi həll olundu, 2) Kubada bu həftə tarixi qərarlar verildi – Kuba xarici investorlara açılır, özəl sektora icazə verilir, ABŞ şirkətlərinin Kubaya daxil olmasına, Rusiya və Çin biznesini tam əvəz etməsinə şərait yaradılır, yerli özünüidarə institutlarına böyük səlahiyyət verilir, kubalı miqrantların yerli seçkilərdə iştirak etməsinə icazə verilir – bir sözlə, Kuba yumşaq şəkildə Vaşinqtonun orbitinə qayıdır, 3) Avropa və Çin ABŞ üçün, az qala, eyni dərəcədə rəqibdir, enerji daşıyıcılarını Avropa indi ABŞ-dan alır, Çin ilə isə “rəqəmsal dünya bölgüsündə” ABŞ strateji anlaşır, bunun əvəzində Çin Amerika qitəsindən könüllü imtina edir, 4) Rusiya ABŞ-dan asılı vəziyyətə düşür, anlaşmaq istəyir, təbii resurslarını (hardasa 11 trilyon dollar) ABŞ şirkətlərinə açmağa hazırdır. Putin müharibəni davam etdirdikcə həm Çindən, həm ABŞ-dan daha çox asılı vəziyyətə düşür, 5) İranda “A” planı alınmadı, “B” planına keçərək pul, investisiya və texnologiyalarla, zatən dəyişimə hamilə olan İran cəmiyyətinə iqtisadi olaraq yol açır – o məşhur ifadədə olduğu kimi, “tankın qabağında dayananlar, pulun qabağında dayana bilmirlər”, tezisə uyğun davranmağa başlayır, 6) Avropa, Körfəz ölkələri ABŞ silahina daha çox möhtac olacaqlar, ABŞ-ın hərbi-sənaye kompleksi, enerji sektoru kimi, daha çox qazanacaq.

Mən aylardı ki, yazılarımda, “millət, taktiki nəticələri boş verin, strateji hədəflərə baxın”, mesajını verməyə çalışanda, məhz azı 5 addımlıq yolu göstərmək istəyirdim, çoxgedişli siyasi oyuna baxmağa çalışırdım.

Hə, bu o demək deyil ki, hər şey alınacaq, təbii ki, yox, İsrail müqavimət göstərəcək, Rusiya və İran daxilində ciddi elita savaşı olacaq və kimlərin önə çıxmasından çox şey asılı olacaq, amma, coğrafiyanı yaxşı öyrənərək, tarixi hadisələri yada salaraq, “keçmiş yoldan asılılıq”, prinsipinin işlək olduğu bilərək – geosiyasi mənzərəyə bir az yuxarıdan baxmaqda həmişə yarar var…

 

Tacxeber.com

Oxşar xəbərlər

Amerikalı özünü peyğəmbər elan edib 20 arvad aldı – FOTO

redaktor

Hobbi üçün 10 toyuq alan elektrik “milyonçu” oldu

redaktor

Krala yumurta atdılar – FOTO

redaktor