Sən demə, Tramp, Alyaskada Putinlə görüşdə Ukraynanı təslim etməyi razılaşıbmış. Tramp inanırmış ki, Rusiya qalib gəlir və onsuz da məğlub olacaq Ukraynanı indidən təslim etməklə bu işi sürətləmdirməyi düşünübmüş.
Zelenskinin Avropa liderlərini səfərbər etməsi, bu liderlərin Trampla görüşüb, Ukraynanın heç də məğlub olmadığını və Rusiyaya qarşı ciddi şəkildə dirəniş göstərdiyini Trampa inandıra biliblər. Ondan sonra Tramp bu fikirdən danışıb.
Ukraynanın Moskvanı vurması müharibənin gedişatında çox ciddi dönüş yarada bilir. Artıq hamı gördü ki, Rusiya öz paytaxtını belə qoruya bilmir. Ukrayna dronunu vurmaq istəyən Rusiya ordusu raketlə öz neft zavodunu vurub.
Artıq Ukraynanın məğlub olmayacağını və ya Rusiyanın qalib gələ bilməyəcəyini hamı anladı. Bu da Ukraynaya olan dəstəyi artıracaq.
