26 C
Bakı
19 Sentyabr 2026 15:59
DünyaSiyasət

Medvedev: “Ukrayna ilə bağlı artıq heç bir qayda yoxdur”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Max” qəzetində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya şəhərlərinə və vətəndaşlarına artan hücumları səbəbindən Kiyevlə bağlı “artıq heç bir qayda yoxdur”.

Medvedev yazıb: “Şəhərlərimizə qarşı kütləvi hücumların intensivliyi artmaqdadır və açıq-aydın artmağa davam edəcək, Kiyevlə bağlı artıq heç bir qaydanın olmadığını və ola bilməyəcəyini açıq şəkildə bəyan etməyin vaxtıdır”.

Onun sözlərinə görə, mülki əhalinin qəsdən məhv edilməsi Rusiya üçün məqbul olan hüdudlardan kənarda qalmalıdır, lakin “qalanları tamamilə məqbuldur”.

Medvedev həmçinin bildirib ki, Müharibə Qanunları və Adətləri haqqında Haaqa Konvensiyalarına “artıq ehtiyac yoxdur”.

“Son yüz ildə müharibələr kəskin şəkildə dəyişib. O vaxtlar hətta düşmən ölkələrin liderlərini oğurlamaq və ya öldürmək belə qəbuledilməz idi. Şarlardan bomba atmaq isə raketlər və dronlarla əvəz olunub”, – deyə Medvede yazıb və əlavə edib ki, bu vəziyyətdə “rebus sic stantibus bəndinə istinad etmək tamamilə uyğundur”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünya böyük müharibəyə doğru gedir

redaktor

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

redaktor

Putin: “Gəlin sülh içində yaşayaq, əks halda cavab verməli olacağıq.”

redaktor