24.3 C
Bakı
17 İyun 2026 10:38
DigərTarix

Türk Zəngi Dövləti pulu

Şəkildə Zəngi dövlətinə məxsus pul vahididir. Oğuz türklərindən olan atabəy I İmadəddin Zəngi Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində, Qarabağın Zəngilan və Zəngəzur bölgəsində yaşayıblar.

Zəngi dövlətinin qurucularından olan İmadəddin Zəngi və oğlu Nurəddin Zənginin apardıqları siyasət nəticəsində səlibçilərin bölgədəki təsiri zəifləmiş və onlardan sonra bu siyasəti Səlahəddin Əyyubi davam etdirərək Qüdsü xilas etmişdir.

Zəngi hökmdarları atabəy titulu daşıyırdılar.

Qeyd edim ki, İslam dininin qəbul edilməsinə baxmayaraq, pulların üzərində qədim türk inanc və simvollarına geniş yer verilirdi. Pulların arxa hissədə isə Zəngi hökmdarının adları, həmçinin İslamın rəsmi titulları ərəb qrafikası ilə həkk olunurdu. Bu da dövlətin ikili mədəni kimliyini nümayiş etdirir.

Zəngilər xristian dünyası və yerli qeyri-müsəlman xalqlarla sıx ticarət əlaqələrində idilər. Bazarda pulların rahat qəbul edilməsi üçün qədim Roma, Bizans və Ellin dövr pullarının bədii üslubundan istifadə edirdilər.

Bizim üçün önənli olan isə Zəngi dövlətinin türk kimliyinə aid bu pul vahididir.
Diqqətlə pulun üzərinə baxın. Umay Ana- təsvir edilib. İlahə Umay Ananın üçdilimli tacı olan və əlində hilal aypara tutan İlahə ikonoqrafiyası təsvir edilmişdir.
Təsvirdəki qadın fiquru Türk üslubunda bardaş quraraq oturmuşdur. Onun hörüklü saçları çiyinlərinə tökülür. Geyindiyi yaxalıqlı kaftan və kəmər isə xarakterik Türk geyim xüsusiyyətlərini əks etdirir.

Azərbaycanda qadının saçı namus hesab edilirdi. Qadın saçı üzərinə and içmək, düşmənə “saçlarıma bağışla” deyərək onu mərhəmətə çağırmaq belə inanclardan idi.
Azərbaycan xalqının mifik təfəkküründə qadın ilahələri içərisində müsbət ilahə kimi Umay və ya Humay Ana obrazı var. Orxon-Yenisey kitabələrində adı “yer-su və Umay xatun” şəklində adı qeyd edilən bu yaradıcı güc haqqında Kaşqarlı Mahmudun əsərində belə deyilir:

“Qadınlar Umay ilə doğurarlar. Umay tapılarsa oğlan olur”. Türk inanclarında Uma olaraq adlanan bu ruh, Azərbaycan Türk divan ədəbiyyatında “Humay” şəklini alıb.

Zəngi dövlətinin pul vahidinin üzərində Umay Ana şəklinin olması isə qədim Türk inanc sistemi ilə bağlıdır. Burada Zəngilər inanırdılar ki, Umay Ana onları qorumaq üçün görəvləndiriib və o zaman belə bir mesaj verilirdi Qərb və Şərq dünyasına:

“Bu hökmdarın hakimiyyəti səmavi güclər tərəfindən xeyir-dualandırılıb, dövlətimiz bərəkətlidir və qorunur.”

 

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Maraqlı hadisələr və faktlar

admin

10 yaşlı qızı vəhşcəsinə öldürən adamyeyən ad günündə edam edildi

admin

“Hun imperiyasının elit qəbiristanlığında aparılan genetik araşdırma”

redaktor