28.4 C
Bakı
05 Avqust 2026 10:32
Dünyaİdman

“Növbəti matçda daha yaxşı oynayacağıq”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Tacxeber.com” A Spor”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının matça istədikləri kimi başlaya bilmədiyini bildirib.

“Taktiki baxımdan oyun gözlədiyimiz kimi keçmədi. Onların arxayınlaşıb gözləyəcəklərini bilirdik. Əks-hücum etdilər. İki qol buraxdıq və çox məyus olduq.

Futbolçularımız meydanda komanda ruhu nümayiş etdirdi və ürəklə oynadı. Əgər belə davam etsək, istədiyimiz nəticələrə nail olmağa başlayacağıq. Növbəti matçda daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, Türkiyə millisi turnirdə növbəti qarşılaşmasını iyunun 20-də Paraqvaya qarşı keçirəcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dünya yeni bir dövrə qədəm qoyur: Hörmüz boğazı sanksiyalardan daha təhlükəli hala gəlib

redaktor

Rusiya daha çox itki verir, yoxsa Ukrayna..?

redaktor

Ukrayna heç vaxt NATO üzvü olmayacaq

redaktor