26 C
Bakı
19 Sentyabr 2026 15:57
DünyaGündəmSiyasət

Bu gün Trampın 80 illik yubileyidir

İranla 60 günlük atəşkəs memorandumunu o məhz bu gün imzalamaq və bunu özünə hədiyyə etmək (İran bataqlığından, müvəqqəti də olsa, çıxdı!) istəyir. İran sənədi məhz bu gün imzalamamaq üçün İsveçrəyə nümayəndə göndərməyəcəyini bildirib. ABŞ deyir ki, onda videokonfrans formatında görüşək və sənədləri imzalayaq – vasitəçilər (şahidlər) kimi İsveçrədə Qətər, İranda Pakistan nümayəndəsi olsun. İnanmıram ki, İran buna razılaşacaq.

Məncə, İran da Trampın yubileyini atəşfəşanlıqla qeyd edə bilərdi – ABŞ bazalarından birinə raket atmaqla. Bəlkə də Tramp bu olmasın deyə yubileyinə qədər memorandum üzrə razılaşmaya getdi və hətta, “Reuters”-in yazdığına görə, $3 milyard rüşvət də verdi.

Amma, deyəsən, yubileyini yalnız Ağ Evin həyətində təşkil edəcəyi qladiator turniri ilə qeyd etməli olacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Dünya böyük müharibəyə doğru gedir

redaktor

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

redaktor

Putin: “Gəlin sülh içində yaşayaq, əks halda cavab verməli olacağıq.”

redaktor