27.8 C
Bakı
11 İyun 2026 15:39
Cəmiyyət

Sosial media platformaları yeni qaydalara hazırlaşır

Mənə verilən məlumata görə, sosial medianı əhatə edəcək qanunla bağlı qanun layihəsi hazırlanarkən aidiyyəti qurumlar qlobal sosial media şirkətlərini məlumatlandırıblar. Onlar da əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qanun qüvvəyə mindikdən sonra onun icrası üçün sosial media platformalarına 12 ay vaxt veriləcək.

Yəni əgər Meta, Google və TikTok kimi platformalar bu qanunun tələblərinə əməl etsələr, Türkiyədə olduğu kimi Bakıda da onların ofisləri açılacaq və Azərbaycan dilində dəstək xidmətləri yaradılacaq.

Uşaqların müdafiəsi məsələsində isə məsuliyyət yenə həmin platformaların üzərində qalacaq. Dövlət bu prosesə birbaşa müdaxilə etməyəcək. Vəsiqə və ya mygov tələbi olmayacaq. Platformalar istifadəçiləri mobil nömrə, e-poçt ünvanı və bank kartı məlumatları vasitəsilə identifikasiya etdikdən sonra həmin məlumatları dərhal siləcəklər.

Ümumilikdə bu metod bir çox ölkədə özünü doğruldub və böyük şirkətlər qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstəriblər. Azərbaycan isə bu günə qədər kiçik bazar kimi qiymətləndirilirdi və onlar iqtisadi baxımdan bu bazara kifayət qədər önəm vermirdilər. Bundan sonra isə qanun onları buna məcbur edəcək.

Lakin bütün bunlar praktikada, təbii ki, yayınma hallarının tam qarşısını ala bilməz. Sonda məsuliyyət yenə də valideynlərin və ailələrin üzərinə düşəcək. Davamlı maarifləndirmə işi də bu proseslə paralel şəkildə mütləq aparılmalıdır.

 

Fərid Pərdəşünas

Tacxeber.com

Oxşar xəbərlər

Sosial şəbəkələrin cinayətlərin artmasındakı ROLU – TƏHLİL

redaktor

Azərbaycanlı məşqçinin VİDEOsu gündəm oldu: Əlində çubuqla qarşısına dörd xanımı uzandıraraq…

redaktor

“Mən uşaqlarımla bağlı bütün xəyallarımı tək qurmuşdum, amma İlqar çıxdı qarşıma…”

redaktor